Vətəndaşların, dövlət və qeyri-dövlət təşkilatların müraciət, təklif və sorğularının yerləşdirilməsi, qeydiyyatı və dövriyyəsi bölməsi
Şəxslərin qəbul edilməsi
Q a y d a s ı
1. Şəki Apellyasiya Məhkəməsində şəxslərin qəbulu məhkəmənin sədri və Aparat rəhbəri tərəfindən həyata keçirilir.
2. Şəki Apellyasiya Məhkəməsinin sədri şəxsləri həftənin bazar ertəsi günü saat 11:00 -dan 13:00 -dək;
cümə axşamı günü saat 15:00 -dan 17:00 -dək qəbul edir.
3. Şəxslər bir qayda olaraq qəbul günü saat 09:00-dan 10:00-dək ərizə ilə məhkəmənin aparatına müraciət edir, ərizələr araşdırılıb yoxlanıldıqdan sonra sədrin qəbuluna yazılırlar. Qəbula yazılmaq üçün aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir.
3.1. şəxsiyyəti təsdiq edən sənəd;
3.2. şikayət ərizəsi;
3.3. məhkəmə aktlarının surəti.
4. Şəki Apellyasiya Məhkəməsinin Aparat rəhbəri tərəfindən şəxslərin qəbulu həftənin bazar ertəsi günü saat 14:00 -dan 17:00 -dək, cümə günü saat 11:00 -dan 13:00 -dək həyata keçirilir.
Uzaq rayonlardan gələn şəxslər məhkəmənin sədri və Aparat rəhbəri tərəfindən hər gün qəbul olunurlar.
5. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.
6. Korrupsiya və ya süründürməçiliklə bağlı ərizə və müraciətlər məhkəmənin aşağıda qeyd edilən elektron ünvanına göndərilə bilər.
Email: info@sheki-appealcourt.gov.az