Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi

“... Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir...”
Heydər Əliyev

Hər il olduğu kimi bu il də, Şəkinin ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam edir.

23.07.2009


Hər il olduğu kimi bu il də, Şəkinin ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Hazırda Baş Göynük və Kiçik Dəhnə kəndlərinin hər birində 640, Dərəcənnətli və Aydınbulaq kəndlərində isə 220 şagird yerlik yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir. Bu tədris ocaqlarının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur. Şəhərdəki 10 nömrəli orta məktəbin əsas korpusunda aparılan təmir işləri isə artıq başa çatdırılmış və təhsil müəssisəsi müasir avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, hazırda 9 məktəb binasında yeni istilik sisteminin quraşdırılmasına başlanılmışdır.

Təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə 200 parta, 12 yazı lövhəsi, 14 kitab şkafı, 23 televizor, 8.175 nüsxə bədii ədəbiyyat, habelə uşaq bağçaları üçün 4 soyuducu və 11 şkaf alınaraq ehtiyacı olan məktəblərə və məktəbəqədər tərbiyə ocaqlarına verilmişdir.